«Nəticə əldə etmək üçün cazibəniz olmalıdır. Bu, hər şeydən və heç nədən ibarətdir, həyat eşqi, baxış, yeriş, bədən quruluşu, səsiniz, jestlər. Yaraşıqlı olmaq vacib deyil; vacib olan cazibədir». Sara Bernhardt Şəxsi və işgüzar həyatda uğurlarınızın tam 85%-i insanlarla effektiv ünsiyyətinizdən asılıdır. «Sosial intellekt» və ya ünsiyyət qurmaq, danışıq aparmaq və insanları inandırmaq ən çox gəlir gətirən və hörmət olunan intellektdir və onu inkişaf etdirmək olar. Bu günün ən uğurlu və nüfuzlu adamlarının istifadə etdiyi müəyyən ünsiyyət metod və texnikalarından istifadə etməklə istiqanlı, ünsiyyətcil, mehriban və xarizmatik olmağı öyrənə bilərsiniz. Dahi ünsiyyətçilərin sirləri, əslində, ümumiyyətlə sirr deyil. Bu, sadəcə, digərləriylə sizə qarşı mehriban olmağa və təklifinizə ciddi yanaşmağa imkan verəcək tərzdə ünsiyyət qurmağın sınanmış metodlarıdır. Nəticədə də onlar sizinlə işləməyə, sizdən mal almağa, ünsiyyətdə olmağa, sizin təsirinizə məruz qalmağa hazır olurlar və sizin haqqınızda pozitiv düşünürlər.