O, uğur hekayələrini paylaşmağa, insanları motivasiya etməyə ərinmir. İndiyədək minlərlə seminarda iştirak edib, yüz minlərlə insanla canlı ünsiyyətdə olub. Təcrübə və təhqiqatlarına əsaslanan 55 kitabı 40-dan artıq xarici dilə tərcümə edilib, 60-dan çox ölkədə satılmaqdadır. Kitablarının böyük maraq doğurması təsadüfi deyil. Çünki yazar olmaqla yanaşı həm də Amerikanın ən məşhur spiker-motivatorlarından biridir. Muzdlu iş, satış, marketinq, investisiya, avtomobil ixracı, daşınmaz əmlak biznesi, distributorluq və menecerlik sahələrində böyük təcrübəsi var. Bu dəfə isə oxuculara uğurun 100 qanununu təqdim edir. Həyatınızı kökündən dəyişəcək bu qanunlar təcrübədə özünü çoxdan doğruldub.