Babamın qəbri üstə biz çoxdan getməmişdik. Hərdən gedib qəbrinə baxıb-eləyən yalnız Oskar dayım idi. Mən oraya dörd il qabaq, şaxtalı bir gündə getmişdim. Milad Bayramı ərəfəsində. Şam yandırdıq, başqaları kimi əklil qoyduq. Onda mən soruşmuşdum ki, babam indi cənnətdədirmi. Oskar dayım şaxtalı nəfəsi ilə belə demişdi:
– Yox, o, cəhənnəmdədir.
Dağıdanlarla tikənlər heç vaxt eyni adamlar olmur
şəkilləri elə baxmaq üçün çəkmişik. Biz istədiyimiz şəkli seçir, götürüb baxırıq, sakitcə, xatirələrə dalırıq, yaddaşımızla danışırıq. Biz, axı bu şəkillərdə əks olunmuş həmin adamlarıq və onlar kimi də adi və normal adamlarıq.