“Bu dünyada çox böyük işlər görə bilmərik. Amma kiçik işləri böyük sevgi ilə edə bilərik”.
Yeganə edəcəyiniz hərəkət baxışınızı “Niyə mənə bunu edirlər?” sualından “Mənə nə öyrətməyə çalışırlar?” nöqteyi-nəzərinə çevirməkdir.
Özünüzdən soruşmalı olduğunuz ən vacib suallardan biri budur: “Haqlı olmaq istəyirəm, yoxsa xoşbəxt?” Əksər hallarda eyni vaxtda hər ikisini etmək qeyri-mümkündür.
Haqlı olmaq və iddialarımızı müdafiə etmək həm zehni enerjimizin böyük bir hissəsini aparır, həm də həyatımızdakı insanlarla aramızda soyuqluq yaradır. Haqlı çıxmaq ehtiyacı və ya başqasının haqsızlığını sübut etmək arzusu ətrafımızdakı insanları daima müdafiə vəziyyətində olmağa yönəltməklə yanaşı, bizi də təzyiq altında saxlayır. Buna baxmayaraq, çoxumuz (hərdən mən də) öz həqiqətlərimizi, ya da digərlərinin səhvlərini qəbul etdirməyə çalışaraq vaxt və enerji itiririk. Bir çox insan bilə-bilə və ya biixtiyar başqalarının səhv olduğunu sübuta yetirdiyi təqdirdə onların bunu minnətdarlıqla qarşılayacağını, yaxud ən azından, nəsə öyrənəcəklərini güman edir. Bu, çox səhv fikirdir!
Üzünüz güldükcə həyat daha da əyləncəli olacaq
“Kaş ki, həyatım başqa cür olaydı” deyərək, giley-güzar tələsinə düşməmişdən qabaq özünüzə mane olun və bir daha başlayın.
Con Lennonun bir sözü var: “Həyat biz başqa planlar qurmaqla məşğul ikən baş verənlərdir”.
Yaxşılıq Edin Və Əvəzini Nə İstəyin, Nə Də Gözləyin
Gələn dəfə əhvalınız pozulanda öz-özünüzə: “Bu da keçər” – deyə xatırladın. Onsuz da keçəcəkdir.
Mən demirəm ki, gedin özünüzə problem axtarın. Amma sizə problemlərdən qaçmaq və bunlardan yaxa qurtarmaq üçün vaxt itirməyib, çətinlikləri həyatın qaçılmaz və təbii parçası kimi qəbul etməyinizi məsləhət görürəm. Çox keçmədən yaşamağın mübarizədən rəqsə çevrildiyini görəcəksiniz. Bu qəbuletmə fəlsəfəsi həyata uyğunlaşmağın əsasıdır.
xoşbəxtliyə gedən yol yoxdur. Xoşbəxtlik o yolun özüdür.