Kiçik prins dedi:
– Sənin planetində adamlar bir bağda beş min gül yetişdirirlər... ancaq axtardıqlarını tapa bilmirlər.
Mən razılaşdım:
– Tapa bilmirlər.
– Axı onların axtardıqlarını yeganə bir güldə, bir qurtum suda tapmaq olar...
– Əlbəttə, – deyə razılaşdım.
Kiçik prins dedi:
– Gözlər kordur, ürəklə axtarmaq lazımdır.
təkcə ürək itigörəndir. Ən əsas şeyi gözlə görə bilməzsən.
– Siz gözəlsiniz, amma içiniz boşdur. Sizin yolunuzda ölmək istəməzsən. Əlbəttə, təsadüfi bir yolçu mənim gülümə baxıb deyər ki, o da eynən sizin kimidir. Lakin mənim üçün o təkbaşına sizin gülünüzdən əzizdir. Axı mən hər gün sizi deyil, onu suvarırdım. Sizi deyil, onu şüşə örtüklə örtürdüm. Küləkdən qorumaq üçün onun qabağına şirma çəkmişdim. Onun xatirinə tırtılları qırırdım, ancaq ikisini, yaxud üçünü saxlamışdım ki, kəpənək əmələ gəlsin. Mən onun necə şikayətləndiyini, necə lovğalandığını eşidirdim, o susanda belə mən ona qulaq asırdım, diqqətim onda olurdu. O mənimdir.