Görkəmli Avstriya yazıçısı Stefan Sveyqin bu məşhur romanında XVIII əsr fransız burjua İnqilabının olduqca maraqlı səhifələrindən söhbət açılır.
Dövrünün ən qüdrətli, ən görkəmli şəxsiyyətlərindən biri olan Jozef Fuşeni müasirləri sevməmiş, sonrakı nəsillər isə onu daha haqsızcasına mühakimə etmişlər. Onun simasının həqiqi cizgiləri ilk dəfə Madlenin əsasən faktik materiallara istinad edən monumental bioqrafiyasında canlanır. İki dünyanın bütün partiyalarının bir-birini əvəz etdiyi dövrdə epoxaya rəhbərlik etmiş, həmin illərin tufanlarından salamat qurtarmış yeganə siyasətçini, Napoleon və Robespyer kimi dahi şəxsiyyətlərlə apardığı təkbətək psixoloji mübarizələrdən qalib çıxmış bu adamı tarix etinasızlıqla arxa plana çəkmişdir. Balzak belə demişdir: «Onun adamlar üzərində Napoleondan daha böyük hakimiyyəti vardı".