Nə qədər kitab oxumaq olar? Fikirləşirsən ki, düzdü, ya yox? Ya da ki, başqa bir insan da varmı ki, sənin gördüyünü o cür görə.
Qozbelin səsi yazıqlaşdı.
– Bir bəni-insan yoxdusa, dəli gününə düşərsən. Kim olur-olsun, təki yanında insan məxluqu olsun. Gör sənə nə deyirəm. Eşit məni, təklik – məşəqqətdi.
Bizim kimi özgə qapılarında zillət çəkənlər dünyada ən yalqız adamlardır. Onların nə ailəsi var, nə də ev-eşiyi.