Hadisələr bir qatar səyahətinin təsviri ilə başlayır. Əsərin qəhrəmanı Pozdnışev qatarda olan sərnişinlərin sevgi haqqındakı ümumi söhbətinə qarışır. Özünün gənc qayğısız illərindəki əyləncələrindən, qadınların geyimlərinin kişi istəklərini əldə etmək üçün nəzərdə tutulduğundan, onları ehtiras aləti kimi gördüyünü və eyni zamanda bununla da kişilərə hökm etdiklərini dilə gətirir. Povestin daha sonrakı hissələrində Pozdnışev Tolstoyun haqqında heç bəhs etmədiyi bir sərnişinə həyat hekayəsini danışması ilə davam edir. «Mәn isә sizә deyirәm, o kәs ki, qadına tamaһ salır, ona eһtirasla baxır, o adam artıq öz qәlbindә zinakarlıq etmiş olur» (Matfeya V, 28) «Şagirdlәri ona deyirlәr: bir һalda ki, kişinin öz arvadı qarşısında vәzifәsi bundan ibarәtdir, onda әn yaxşısı evlәnmәkdir. O isә şagirdlәrinә belә cavab verdi: bu vәzifәni dәrk etmәk һәr kişinin işi deyil, tәk-tәk adamlar bacararlar bunu. Elә xәdimlәr var ki, analarının bәtnindәn bu vәziyyәtdә doğulublar, amma elәlәri dә var ki, o dünyaya üzüağ getmәk üçün özlәrini xәdim elәyiblәr. Demәli, kim bacarırsa, yerinә yetirir borcunu»