Bu kitab böyük rus yazıçısı Lev Tolstoyun, bir cinayətin — saxta kuponlar istehsal etməyin, necə silsilə qanlı cinayət və ölümlərə aparması haqda məşhur povestidir. Bir saxta kupon neçə-neçə ailənin «faciəsinə» çevrildi. Povest bu gün də aktual olan mövzuları özündə əks etdirir. «…Qəribə əhvalatdır. Cəllad tapa bilməyiblər. Moskvada biri var imiş, o da, oğlumun dediyinə görə, İncili oxuyandan sonra deyib ki, adam öldürə bilmərəm. Özü qətl üstündə katorqa işlərinə məhkum edilmişdir, indi isə birdən-birə qanunla adam öldürə bilmir. Ona deyiblər ki, qamçı ilə səni döyərik. Döyün, deyə cavab verib, fərq etməz, öldürə bilməyəcəyəm».