Rus ədəbiyyatının dünyaca məşhur siması Lev Tolstoy «İki qusar» povestini bacısı qrafinya Mariya Tolstoya həsr etmişdir. İlkin versiyada «Ata və oğul» adlandırılan bu əsər sonradan N.Nekrasovun təklifi ilə «İki qusar» olaraq dəyişdirilmişdir. Əsərdə ata və oğul Turbinlərin timsalında iki nəslin — 1812-ci il vətəndaş müharibəsi iştirakçıları ilə, 1850-ci illərin gənclərinin həyat haqqında fikirləri, yaşam tərzləri, əxlaqi dəyərləri qarşılıqlı şəkildə müqayisə edilir.