Yaza bilmədiyim şeir. Seirlər
Қосымшада ыңғайлырақҚосымшаны жүктеуге арналған QRRuStore · Samsung Galaxy Store
Huawei AppGallery · Xiaomi GetApps

автордың кітабын онлайн тегін оқу  Yaza bilmədiyim şeir. Seirlər

Roma Xosrov

Yaza bilmədiyim şeir

Seirlər

Шрифты предоставлены компанией «ПараТайп»



Благодарности:



Bakı şəhər Mədəniyyət Baş idarəsi, Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin İncəsənət şöbəsinin müdiridir.

«Yaza bilmədiyim şer» kitabı müəllifin oxucularla üçüncü görüşüdür ADMİU-nin Sənətşünaslıq fakultəsinin məzunudur.


0+

Оглавление

  1. Yaza bilmədiyim şeir
  2. «Dan üzünə deyilmiş şeirlər»
  3. SƏNİN BAXIŞLARIN HEÇ OXUNMAYIB
  4. BİR AXŞAM QAPI DÖYÜLƏ
  5. UŞAQ ARZULAR
  6. ÖLSƏM DEYƏRSƏN ACİZDİR
  7. VARLIĞIN ƏLİMDƏ BİR SƏNƏD OLDU
  8. YAŞAMA YALAN YERƏ
  9. ASFALT DÖŞƏMƏDƏ QATAR YERİŞİN
  10. YERDƏ DİRİ QALMAYIB
  11. GƏL GÖRÜŞƏK
  12. ÖGEY BAXIŞLAR
  13. SƏNSİZ SUBAYAM
  14. YAZA BİLMƏDİYİM ŞEİR
  15. BURDA BİR DƏLİ QAŞINIR
  16. DARIXMAĞIN DÖRD HALI
  17. ÖLÜMÜNDƏN SONRA YAŞAYIR ŞAİR
  18. ÖLMƏYƏ DƏ PULUM YOXDUR
  19. BİLİRƏM BU DA BİR UŞAQ AĞLIDIR
  20. QƏRƏNFİLƏ DÖNDÜ BAKI
  21. DAHA BU ŞƏHƏRDƏ ÖLMƏYƏ DƏYMƏZ
  22. MƏNİ GÖZ YAŞIYLA YUYUB BASDIRIN
  23. DENƏN PƏNCƏRƏNİZ BİZƏ BAXMASIN
  24. BU EV HEYİFDİR İLAHİ
  25. GEDİM BİR GƏLİN ALDADIM
  26. BEŞİK BOYDA UŞAQLAR
  27. ÜRƏKLƏR QADININ YAZI LÖVHƏSİ
  28. ÖLÜM XƏBƏRSİZ GƏLİRMİŞ
  29. YAĞIŞ DAMCISI
  30. AĞLA GƏLİM GÖZÜNDƏN
  31. BU GECƏNİN SƏHƏRİ YOX
  32. KİŞİLƏR AĞLAMAZ
  33. QADIN
  34. O DƏNİZ GÖZÜNÜN QAPISIN BAĞLA
  35. AY VƏTƏN
  36. SƏN GÖRÜŞƏ GƏLMƏDİN
  37. HƏSRƏT KÜLƏYİ
  38. SAÇLARIN HAVADA DALĞALANIRDI
  39. QARA BƏXTİN DAĞINIQ CÜMLƏSİ
  40. ÖLÜM GÜNAHLARIN XİTAM YERİDİR
  41. ÇÖLDƏ BİR MƏLƏK ÜŞÜYÜR
  42. VAXTI SAXLAMAQ OLMUR
  43. GƏLMİŞƏM ÖLMƏYƏ ALLAH
  44. SEVGİ HAQDA SUALLAR
  45. SEVGİLİMİN ADIN DƏRDİM QOYMUŞAM
  46. KÜÇƏ QADINI
  47. YADIMA DÜŞÜRSƏN
  48. SƏNİ DÜŞÜNMƏK
  49. BİR DƏQİQƏ VAXTI SAXLA
  50. ƏLİNİ YAD ƏLDƏ GÖRÜB UTANDIM
  51. BU ŞƏHƏR BOĞUR MƏNİ
  52. BİRAZ DA YAŞAYAQ İNSAN İLİNDƏ
  53. SƏN YADIMA DÜŞƏNDƏ
  54. ÖLMƏYƏ VAXTIM YOXDU
  55. HƏLƏ YAŞAYIRAM NARAHAT OLMA
  56. MƏNƏ BU DÜNYANIN ÜZÜNÜ GÖSTƏR
  57. BİR QIZ OLA
  58. MƏN SƏNƏ SIĞINMIŞAM

«Dan üzünə deyilmiş şeirlər»

Harada «laçın» sözü varsa, orda bir ayrılıq var. O da olmuş Laçın rayonu işğalda ola, o da olmuş «laçın» sözü gözəl bir gənc şairin həm ilham mənbəyi, həm də həsrəti ola. Roma Xosrov Laçın rayonunun Alxaslı kəndindəndir. İlk dəfə «Pərvanə» ədəbi məclisində gördüm, qürurlu, cəld, çevik, həm də səliqə ilə geyinmiş bu cavan oğlan. Şeirlərini oxudu, diqqətimi çəkdi və sonra «yoxa çıxdı». «Pər — vanə”yə gəlmədi. O vaxtdan mətbuat səhifə — lərində, internet saytlarında ara-sıra imzasını gördüm. Uğurlu misralarına sevindim. Mən «Azərbaycan» jurnalında işlədiyimdən, demək olar ki, şeirin içində itib-batıram. İş ota — ğıma gəlsəniz, şeir qovluqlarının arxasında az qala görünmürəm. Yaxşı bir şeir axtarmaqdayam. Təəssüflər olsun ki, o yaxşı şeirlər də qarşıma azaz çıxır. Boz bir şeir yığını məni ayağının altına almaqdadır. Yaxşı ki, Romanın şeirlərini oxudum. Nəfəsim bir az genişləndi, gözlərim işıqlandı. Təəssüflər olsun ki, bu utancaq cavan oğlan başqalarından fərqli olaraq redaksiyaların qapısını heç vaxt döyməyib. İstedadsızlar redaksiyaların qapısını cəftə — sindən çıxarır, istedadlı adam döyəndə qapının cəftəsi yerinə düşür. Bu mənada Roma laxlayan qapını şeirləri ilə bir az yerinə oturtdu. Gənc şairin fərqli düşüncəsi, hadisələrə yeni münasibəti məni sevindirir. Baxanda şeirlərinin əksəriyyəti heca vəznindədir, amma bu fərqli heca intonasiyasıdır. Ənənəvi heca şeirlərindən, deyək ki, ritmi və səsi ilə fərqlənir. Mənə elə gəlir ki, hər bir şeirin səsi var və bu şeirlər də öz səsi ilə mövcuddur. «Pərvanə”yə gələn Roma ilə indiki Romanın arasında yer-göy qədər fərq var. O vaxt şairin şeirlərinin istiqaməti xoşuma gəlmişdi, məncə, bu, poeziyada əsas şərtdir. Elə şairlər var ki, onun şeirlərinin mənzili gedib şeir tullantılarına çıxır. Amma Romanın şeirlərinin yolu çiçəkli bir dağa və ya insan təfəkkürünün ən dərin qatlarına gedir. Şeirləri müxtəlif mövzulardadır. Ölüm, sevgi, vətən və qadın. Başlıca üslub səmimiyyətdir, fikirlərini misralarda dəqiq ifadə etməkdir.

Heyif ki, qapını döyə bilmirəm,

Sənin ürəyinə qıfıl asılıb.

Axı küçənizdə nə itim azıb,

Daha qucağına körpə qısılıb

Burda aşiqin yolunu kəsən əxlaqdır. Hər körpə hər gəlinin qucağında qırmızı yol işarəsidir. Məhz bu körpənin xatirinə «sizin qapınızda nə itim azıb? — deyilir. İstedadsız şair belə deyərdi: «Sizin qapınızda nə işim var?» İt burda fikrin güc — lənməsində mühüm rol oynayır. «Körpənin qa — dının sinəsinə qısılması» da həmin insana və bütövlükdə insanlığa qayğı və hörmət hissini özündə ehtiva edir.

Və yaxud:


Ölüm xəbərsiz gəlirmiş,

Kim deyir, deyib aparır.

O dünyaya hər bir kəsi

Bu dünya əyib aparır.

İlk anda diqqəti bu bənddə qafiyə çəkə bilər. Amma fikirləşəndə görürsən ki, bu dünyada ölənlərin hamısını əyib aparırlar. Birinci fiziki məna budur ki, dünya qapısından çıxanda başını aşağı əyməlisən ki, yuxarı dəyməsin. Yəni dünya evinin qapısı alçaqdır. İkinci və əsas məna budur ki, insanları əyib, sındırıb aparırlar.

Saniyələr elə bil

Ömür yox, küçə keçir.

Boylanırsan «divara»,

Baxırsan, gecə keçir.


Zaman dəyişir yaşı,

Vaxta baxmamaq olmur.

Saatın ölür daşı,

Vaxtı saxlamaq olmur.


Ürək saata oxşar,

Hər ikisi tələsir.

Saat ürəyi qovur,

Ürək nəfəsi kəsir.

Niyə bu şeiri bütöv yazdım? Romanın elə şeirləri var ki, yalnız onu bütöv yazanda fikir tam aydınlaşır. O təkcə misra şairi deyil. Bu şeirə fikir verin. Yaşadığımız və baş açmadığımız bu həyat və ömür saatın obrazında göstərilib. Saniyələrin işinə bax ki, elə bil ömrü deyil, küçəni keçir. Yəni dünya onun vecinə deyil. Saat mexanizmində göstərilən ömür çox maraqlı göründü mənə.

Romanın şeirlərinin yaşı qədimdir, təkcə mövzu etibarı ilə deyil, həm də deyiliş, intonasiya baxımından qədimdir.

Məsələn:

Qızılgülə baxdım, bir də şəklinə,

Yazığı kolundan dərib utandım.

Bu intonasiya təzəliyi göstərir ki, Roma bu şeirə gəlib çıxmaq üçün nə qədər şeirlər yazıb və bu şeirlər müəyyən təcrübənin məhsuludur. Yenə həmin şeirdən:

Yüz kərə yolunda qızardı üzüm,

Dolaşıb dilimdə qaldı çox sözüm.

Bir anda küçədə sataşdı gözüm,

Əlini yad əldə görüb utandım.

Nə qədər gözəl! Adamın üzü yarla üz-üzə dayananda qızarar, yəni aşiq utanar, üz də qızarar. Amma burda aşiqin üzü məşuqənin yolunda qızarır. Çünki onun əməllərindən, vəfasızlığından, əğyarla əlbir və dilbir olmasından qızarır. Romanın şeirləri yetkin şeirlərdir:

Nə qış bilsin, sazaq bilsin,

Özün qəmdən uzaq bilsin,

Qollarımı dayaq bilsin,

Sarılıb belin aldadım.

Bəlkə də, ədəbiyyatın bir adı da aldanmaqdır və ya aldatmaqdır. Amma gərək gözəl aldada biləsən. Elə bizim dünyaya gəlişimiz aldanmaqdır. Amma gözəl aldanmaq! Bir qadının belini qollarla aldatmağın özü də bir həyatdır. Əslində «belin» sözü ismin təsirlik halındadır. Burada «i» səsi düşüb. Yaxşı ki, düşüb. Qayda pozulub, yaxşı ki, pozulub. Bu, xalqdan gəlmədir. Xalq isə heç vaxt səhv eləmir.

Səni qara bəxtimin

Dağınıq cümləsində

Sonuncu nida bilib,

Ruhuma qida bilib

Gəzdim ehtiyac kimi.

«Qara bəxtin dağınıq cümləsi» elə həyatın özüdür. Əgər bu cümlə dağınıq yox, səliqəli olsaydı, həyat və sevgi şirin olmazdı. Əsl şairlik də elə bu dağınıq cümlələrdədir.

Mən şair dostuma yeni-yeni uğurlar arzulayıram!


Qəşəm Nəcəfzadə

Azərbaycan Yazıçılar Birliyinin üzvü,

Azərbaycanın əməkdar mədəniyyət işçisi,

...