Bu kitab Luiza Klarkın Nyu-Yorkdakı həyatından bəhs edir. O, Semlə tanış olandan sonra iş arxasınca Nyu-Yorka gedir. İlk günlər hər şey ürəyincə olur. Aqnes adlı qadının köməkçisi işləyir, onunla birgə maraqlı tədbirlərdə iştirak edir. Sonra hər şey qəflətən dəyişir. Aqnesin səhvi ucbatından Luiza işdən qovulur. Onun çətin günləri başlayır. Qalmağa yeri, işi olmur. Günlərlə küçələri dolaşıb iş axtarır, tanışının mənzilində gecələyir. Bir gün bəxti üzünə gülür. Qonşuluqda yaşayan yaşlı bir qadının itini küçədə görür. İti götürüb həmin qadının mənzilinə gedəndə məlum olur ki, qadın yıxılıb, onu xəstəxanaya aparmalı olur. Bundan sonra həmin qadının evində yaşayır. Sevdiyi Semdən ayrılır. Ona elə gəlir ki, Sem heç də onu başa düşmür. Gec də olsa Luiza Klark özünü kəşf edir. Arzularını həyata keçirir. Semi daha yaxından tanıyır. Həyəcanlı anlar yaşayır. Gec də olsa Semi seçməkdə yanılmadığını başa düşür.