İngiltərəli Alisa yaraşıqlı bir amerikalıya ərə gedir və ata evindəki cansıxıcı mühitdən qurtulduğuna sevinir. Düşünür ki, qarşıda onu xoşbəxt və dəbdəbəli Amerika həyatı gözləyir. Amma yanılır. Alisa sadəcə ata evindəki həbsxananı digəri ilə əvəz etmişdi. Həyatına rəng qatmaq üçün prezidentin xanımının proqramı üzrə aparılan kitabxana işinə qoşulur. O, səyyar kitabxanada tək deyil. Burada müstəqil fikirli, kişilərə tabe olmayan başqa qadınlar da var. Dağlara kitab daşıyaraq müxtəlif insanlarla ünsiyyət quran qəhrəmanın həyatı özü də fərqinə varmadan dəyişir. Beş səyyar kitabxanaçı qadının həyatından bəhs edən roman son dərəcə maraqlı real hadisələrə söykənir.