Geridə buraxılan qadının başına nə gəldi? 1916-cı ildə fransız rəssamı Eduar Löfevr arvadı Sofidən ayrılıb cəbhəyə yola düşür. Sofinin yaşadığı kiçik şəhər düşmənlər tərəfindən işğal olunur, alman əsgərləri Sofinin atasından qalma hotelin yeməkxanasında yemək yeyərkən Fridrix adlı alman komendantı Eduarın çəkdiyi portreti divarda görür. Eduarı bir də görmək üçün Sofi risk edir. Bu vaxtacan qoruyub saxladığı təmiz adına ləkə düşsə də, inadından əl çəkmir. Təxminən bir əsr sonra Sofinin portreti Londonda, Liv Halstonun evinin divarında asılır. Bu portreti ona əri David Halston hələ ölməmişdən qabaq toy hədiyyəsi kimi bağışlayıb. Şəkil haqda, Sofi haqda əsl həqiqət ortaya çıxır. Həqiqət ortaya çıxana qədər Liv Halstonun həyatı alt-üst olur. «Geridə buraxdığın qadın» romanının iki əsas obrazı Sofini və Livi bir-birindən bir əsr ayırsa da, onlar sevdikləri üçün hər çətinliyə dözən qadınlardır.