«İtmiş dünya» romanı ingilis yazıçısı Artur Konan Doylun professor Çellencer silsiləsindən olan ilk əsəridir. Romanda britaniyalı ekspedisiya üzvlərinin Cənubi Amerikaya qeyri-adi səyahətindən bəhs olunur.Sıldırım qayalıqların arxasına sığınan yaylada professor Çellencer ekspedisiya yoldaşları professor Sammerli, lord Con Rokston və müxbir Melounla birlikdə dinozavrlarla, qeyri-adi canlılarla, insanabənzər meymunlar və ibtidai insanları xatırladan xalqla üz-üzə durub. Bura — «itmiş dünya»dır və bu dünyanın öz qanunları var. Görəsən, vətəndən ayrı düşən, geri qayıtmağa bütün yolları bağlanan ekspedisiya üzvləri bu qədər çətinlik və təhlükə qarşısında duruş gətirib Britaniyaya dönə biləcəkmi?!