… Boş mənzildə meyit tapılır. Bu, Amerika vətəndaşı İnok Drebberin meyitidir. Məşhur xəfiyyə-məsləhətçi Şerlok Holms öz «həmkarları» polismenlər Lestreyd və Qreqsona nisbətən bu ölüm hadisəsinin səbəbini tez aşkar edir və belə qənaətə gəlir ki, İnok Drebberin ölümünə səbəb — zəhərdir. Meyitin cibindən «C.H. Avropadadır» teleqramı, cinayət baş vermiş yerdə isə nişan üzüyü tapılmışdı. Divarda qanla «RACHE» (almanca «qisas» deməkdir) müraciət həkk olunmuşdu. Eyni zamanda, mehmanxana nömrəsində İnok Drebberin katibi Cozef Stencersonun bıçaqla qətlə yetirilmiş meyiti və iki həb aşkar olunur. Şerlok Holmsun tədqiqatı nəticəsində məlum olur ki, həblərdən biri zərərsiz, ikincisi isə zəhərlidir. Sonra məlum olur ki, «Al-qırmızı etüd» romanındakı bütün həyəcanlı, cəlbedici, kriminal hadisələrin kökünü 30 il əvvəldən axtarmaq lazımdır…