Nəhəng korporasiyanın rəhbərinin oğlu Yeqor Boqdanovski mədə xorasının kəskinləşməsi üzündən vəfat edir — hər halda həkimlər belə iddia edirlər. Sırasında məşhur siyasətçilər, nüfuzlu biznesmenlər, aktyorlar olan yaxınlar buna inanmırlar və ekspert analitik Dronqoya təhqiqat aparması üçün müraciət edirlər. Dronqo öz işinin bilicisi olsa da, hətta o da hökmranlığa vərdiş etmiş, özlərinə hər şeyi rəva görən şəxslər arasında işləməyə çətinlik çəkir. Onun bütün versiyaları — qisas, qısqanclıq, paxıllıq — təhqiqatın gedişində təkzib olunur. O, artıq öz məğlubiyyətini etiraf etməyə hazırdır, ancaq adi bir xırdalıq, danışıqda keçmiş cəmi bir neçə söz gözlənilmədən cinayətin motivini də, qatilin özünü də faş edir…