Həyat hekayələri̇m
12+
Шрифты предоставлены компанией «ПараТайп»
© Rza Əli oğlu Mirzadə, 2023
Dəyərli Oxucularım!
Bu balaca kitabda, bir insan kimi fərmalaşmağımda mənə böyük kömək olan nəslimin dəyərli nümayəndələrinin bəziləri haqqında qısa məlumat və həyatımın müxtəlif vaxtlarnda yaşadığım həyat hekayələrimi toplamışam.
Qiymətli vaxtınızı ayırıb oxuduğunuza görə sizə təşəkkür edirəm.
Kitab haqqında fikirlərinizi şərhdə yazarsanız, məni çox sevindirərsiniz.
Dərin hörmətlə,
Rza Mirzadə
ISBN 978-5-0059-9805-7
Создано в интеллектуальной издательской системе Ridero
Dəyərli Oxucularım!
Bu balaca kitabda, bir insan kimi fərmalaşmağımda mənə böyük kömək olan nəslimin dəyərli nümayəndələrinin bəziləri haqqında qısa məlumat və həyatımın müxtəlif vaxtlarnda yaşadığım həyat hekayələrimi toplamışam.
Qiymətli vaxtınızı ayırıb oxuduğunuza görə sizə təşəkkür edirəm.
Kitab haqqında fikirlərinizi şərhdə yazarsanız, məni çox sevindirərsiniz.
Dərin hörmətlə,
Rza Mirzadə
Babam — Seyid Müseyib Seyid Hüseyn oğlu Mirzadə
Babam, Seyid Müseyib Seyid Hüseyn oğlu Mirzadə 1885-ci ildə Laçın rayonunun Seyidlər kəndində anadan olmuşdur.
Seyid Müseyib bölgənin sayılan seyid nəsillərindən biri olan Rzalar nəslinin nümayəndəsidir. Atası Seyid Hüseyn və babası Seyid Məşədi Mirəli bölgənin ən tanınmış simalarından biri olmuşdular. Mirzadə ailəsi həm də bölgənin ən varlı ailələrindən biri olmuşdur.
Seyid Hüseynin həyat yoldaşı, yenə bölgənin ən hörmətli şəxslərindən biri olan Seyid Kərbalayı Məhəmmədin qızı Seyid Pəri olmuşdur. Burda xatırlatmalıyıq ki, deyilənə görə, o dövrdə Qubadlıda yaşamış xalq qəhrəmanı Qaçaq Nəbinin «Boz at”ını ona Seyid Kərbalayı Məhəmməd bağışlamışdır. Seyid Kərbalayı Məhəmməd bölgənin ən tanınmış din xadimlərindən biri olmuşdur.
Seyid Müseyibin atası Seyid Hüseynin 5 övladı olmuşdur. Bunlar yaş sırasıyla Seyid Həmid, Seyid Müseyib, Seyid Muxtar, Seyid Zeynal və Seyid Səriyyə idilər.
Seyid Müseyibin böyük qardaşı Seyid Həmid 1905 və 1918-ci illərdə ermənilərin Azərbaycan Türklərinə qarşı başlatdıqları xəyanətkarcasına basqınların qarşısını almaq üçün silahlı dəstə təşkil etmiş və uzun illər mənfur düşmənə qarşı qəhrəmancasına mübarizə aparmişdir. Seyid Həmidin dəstəsində özündən kiçik qardaşları Seyid Müseyib və Seyid Muxtar da qəhrəmancasına vuruşmuşdular. Dəstənin silah-sursat və ərzaq təchizatını Seyid Müseyib təşkil etmişdir.
Məhz Seyid Həmid və bölgədəki bir neçə başqa xalq qəhrəmanlarına aid dəstələrin qəhrəmanlığı sayəsində erməni quldurları Laçın bölgəsində məhv edilmiş və mənfur düşmən torpaqlarımızdan qovulub çıxarılmışdır.
Düşməni torpaqlarımızdan qovub çıxardıqdan sonra, Seyid Həmid Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzası rəhbərliyində yer almışdır. Azərbaycan dövlətinə qarşı çıxan daxili quldurlara qarşı amansız olmuş, onlarla axıra qədər mübarizə aparmışdır. Seyid Həmid həm də qəzanın bir neçə bölgəsində, tikinti işlərinə rəhbərlik etmiş, Laçının bir çox kəndindəki mühüm obyektlərin tikintisini o təşkil etmişdir.
Seyid Müseyibin böyük qardaşı Seyid Həmid 1938-ci ildə sovet höküməti tərəfindən (kqb) Şuşa rayonunun Turşsu kəndi yaxınlığında öldürülmüşdür. Qədirbilən yerli camaat sovet quldurlarının təqibinə baxmayaraq, gecə vaxtı Seyid Həmidin meyidini gizlicə vurulduğu yerdən götürərək, qayalıqların arasında dəfn etmişlər. Seyid Həmidin məzarı dəqiq bi
