Amerika xüsusi xidmət orqanları ona Alpinist, ruslar isə Veteran ləqəbi veriblər. Əvvəllər DTK-da, sonra isə Azərbaycan təhlükəsizlik orqanında işləmişdi. İndi isə bazası Əfqanıstan dağlarındakı mağaralarda yerləşən, ələkeçməz terror təşkilatı sırasına yeridilmişdi. Əslində, o kimdir? Bu suala cavab verməyə, yəqin ki, Füzuli Hüseynovun özü də çətinlik çəkər. Lakin bu amil bir o qədər də əhəmiyyət kəsb etmir, əhəmiyyətli olan yalnız onun aldığı, yerinə yetirəcəyi tapşırıqdır. Terrorçuların «çirkli» nüvə silahı hazırlayan məxfi laboratoriyası məhv edilib, lakin hazır «məhsullu» iki konteyner naməlum istiqamətdə yoxa çıxıb. Tez və ya gec onlar minlərlə insanın həyatını təhlükə qarşısında qoyaraq haradasa «peyda olacaq». Buna yol vermək olmaz. Və onda Veteranın vaxtı gələcək — qisas silahınısa məhz o özü əvəz edəcək…