1862-ci ildə dərc olunan «Nalayiq məzəli əhvalat» Dostoyevskinin satirik üslubda yazılmış əsəridir. Əsər dövlət müşaviri, 43 yaşlı general İvan İliç Pralinskinin «humanizm» göstərmək ideyası ilə öz işçisinin toyuna gəlməsindən və bu «humanizm»in onu necə rüsvay edərək gülünc vəziyyətə salmasından bəhs edir. Əsərdə eyni zamanda Pseldonimovun timsalında «kiçik adam»ların həyat şəraiti, toy atmosferi və Peterburqun «alt» təbəqəsinin yaşam tərzi acınacaqlı və dəhşətli tərzdə böyük ustalıqla ifşa olunur.